Bu müəssisənin uğurlarını bilirsininiz. Onun məhsullarının dünyanın müxtəlif yerlərində 14 mindən artıq mağazalar şəbəkəsi olan məşhur “LİDL”də satışa çıxarıldığı haqqında da məlumat vermişdik.
İndi budur, daha bir sevindirici xəbər! Gəncə şərabçıları İFS-in Beynəlxalq Qida Sertifikatını almışdır. Bu bilirsiniz nə drməkdir? Bu o deməkdir ki, Gəncənin istehsal etdiyi məhsullar(hələlik araq məhsulu) Avropanın istənilən ölkəsində sorğu-sualsız satışa çıxarılacaqdır. Bu, Azərbaycanda bir ilkdir və buna görə nəinki “Gəncə-Şərab-2”-nin kollektivini, bütün Ölkə istehsalçılarını təbrik etməyə dəyər. Çünki İFS-in varsa, demək sənə, məhsuluna,onun keyfiyyətinə güvən var.
Artıq 7-8 aya yaxındır ki, müəssisədə bununla bağlı audit işləri aparan İFS nümayəndələrindən biri- Sibel Taşan Yurtseven vətəninə qayıtdıqdan sonra görün öz facebook səhifəsində nə yazıb: “Qardaş ölkəmiz Azərbaycanda ilk Beynəlxalq İFS standartı sınağını keçirdiyim üçün xoşbəxtəm. Ölkələrində bir ilki gerçəkləşdirən gəncə şərab komandasına və bu sistemi quraraq bir ilkə imza atdıqları üçün təşəkkür edirəm.”
Uzun illərin gərgin işi, öz məhsulu üçün bütün sınaqlara hazır olan, texnologiyanı daim yeniləşdirən bir kollektivin belə bir zirvəyə ucalması Azərnaycan iqtisadiyyatının uğurudur. Müəssisənin qurucusu və rəhbəri Namiq Məmmədov söhbət zamanı dedi:
-Azərbaycan Prezidenti cənab İlham Əliyevin biz iş adamlarına yaratdığı münbit şərait, ölkə rəhbərimizin özünün dünyada nüfuzu belə bir mühüm sənədi almağımıza bilavasitə təsir etmişdir. Biz bu etimadı doğruldacağıq.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə şəhəri.