Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla oteldən 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub. Xəbəri DİN mətbuat xidməti verib.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.
Səbail rayonu ərazisində daha bir oğurluq olub: iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən T.Mikayılov və bir yeniyetmə saxlanılıb.
Sulutəpə qəsəbəsində isə evlərin birindən oğurluq olub. Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən ev sahibi 1950 manat pulunun oğurlandığını bildirib. Bu əməllə bağlı şübhəli bilinən Z.Şəfiyev saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ