Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
İyulun 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 26 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ