Silahlar könüllü təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, iyulun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 10 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat