Aşkarlanmış çətənə kolları məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 992 ədəd metadon və preqabalin həbləri və kultivasiya yolu ilə yetişdirilmiş 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları rayon sakini Ş.Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu,  285 qram marixuana və 1 ədəd tüfəng aşkar edərək götürüblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Digah kənd sakini A.Əhmədovun Haftoni qəsəbəsinin meşə ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 320 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları isə Əyyublu kəndi ərazisindən yabanı halda bitmiş 956 ədəd çətənə kolu aşkar edərək məhv ediblər. 

Bu istiqamətdə mübarizə davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat