Vətən müharibəsi iştirakçılarının sosial problemlərini və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Ağstafa rayonunda ən müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də “ Necəsən, Qazi?olub.
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucovun qazilərlə görüşündə bu sual tez-tez səsləndirilib. Rayon rəhbəri vurğulayıb ki, dövlətimizin başçısı Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir. Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfərbər ediblər.
Daha sonra söz alan qazilər üzləşdikləri çətinliklərdən söz açıblar, təkliflər səsləndiriblər, bəzi təşkilatlardan gileyləniblər. Məlumat verilib ki, qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsindədir . Lakin bu qurumlara müvafiq müraciətlər olunacaqdır. İmkan verə bilmərik ki, qazilərin müraciətləri cavabsız qalsın.
Digər məsələlərlə əlaqədar isə Ağstafa Rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə bir sıra tapşırıqlar verilib.
Görüşdə çıxış edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin təşəkkülərini bildiriblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Ağstafa şəhəri