Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Xəbəri nazirliyin mətbuat xidməti verib.
Həyata keçirilən tədbirlər nəticəsində 2-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.
Bundan başqa, qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu və Şirvan şəhərinin hərəsində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində yasamalda bir uşaq xilas edilib, Şirvanda isə bir nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ