Məzun günündə tələbələri salamlayan kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təchizatı ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Çıxış edən kollecin həkim-müəllimləri və eləcə də məzunlar geridə qalan 3 ilə nəzər salaraq tibb elminin çətin, lakin şərəfli yolunda atdıqları birgə addımları bir daha xatırlayıblar.
Çıxışlardan sonra kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.
Məzun günü yekunlaşdıqdan sonra Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Əmək yarmarkasında Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Qazax, Ağstafa, Tovuz rayonlarının tibb müəssisələrindəki vakansiyalar məzunlara təqdim edilib.
Tədbirin sonunda kollecin tələbələrinin ifasında musiqi nömrələri ifa olunub.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.