Naxçıvanda şəhidlərin anım tədbiri keçirilib

post-img

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə doğum günü iyun ayında olan şəhidlərin anım tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yeni Era Uşaq və Gənclər Teatrının hazırladığı bədii kompozisiya tamaşaçılara təqdim olunub.
Şölə Alışova “Ayağa dur Azərbaycan”şeirini səsləndirib.

Solist prezident mükafatçısı İlkin Abdullayev “Qələbəyə gedən yollar” və “Azərbaycan” mahnısını ifa edib.
Zəminə Məmmədova və Nurlan Sultanlı isə “Ana vətən” kompozisiyasını oynayıb.

Səkinə Məmmədova,Vəfa Qurbanzadə,Amil Yusifov,Elşən Nəcəfov və Cəbrayıl Səfərlinin ifasında isə tədbirə yekun vurulub.















Sosial həyat