Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb

post-img

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  bildirilib ki, xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il iyunun 1-i tarixinə qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 2023-cü il yanvarın 1-i ilə müqayisədə 3,5 dəfə artaraq 10 min 659 müqavilə təşkil edib. İlin əvvəli ilə müqayisədə isə həmin göstərici 1,7 dəfə artıb.

Sosial həyat