WikiLeaks Culian Assanjın 1901 gün həbsdə qaldıqdan sonra, bazar ertəsi, iyunun 24-də səhər saatlarında Britaniyanın Belmarş xüsusi rejimli həbsxanasını tərk etdiyini bildirib.
Həmin gün ABŞ elan edib ki, WikiLeaks-in yaradıcısı ABŞ prokurorluğu ilə razılaşma əsasında ona qarşı irəli sürülən ittihamların bir hissəsini etiraf etmək niyyətindədir, bunun müqabilində prokurorluq onun ekstradisiyasını tələb etməyəcək.
Kolumbiya və Meksika prezidentləri Qustavo Petro və Andres Manuel Lopez Obrador iyunun 25-də WikiLeaks-in qurucusu Culian Assanjın azadlığa buraxılmasını alqışlayıblar.
“Assanjın əbədi həbsi və işgəncəsi qlobal miqyasda mətbuat azadlığına hücum idi. İraqda hərbi əməliyyatlar zamanı dinc əhalinin qətliamı ABŞ-ın hərbi cinayətinə çevrilib”, – prezident Petro özünün X səhifəsində yazıb.
O, həmçinin Assanj və həyat yoldaşı Stellanı Kolumbiyaya səfərə dəvət edib: “Mən Culian Assanjın həbsdən azad olunmasını alqışlayıram. Ən azından bu halda Azadlıq heykəli boş simvol olaraq qalmadı. O, dünyada milyonlarla insan kimi sağ və xoşbəxtdir”, – Meksika prezidenti X sosial mediada yazıb.
P.ƏMİRCANOV
XQ