FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

post-img

Fövqəladə Hallar Nazirliyi 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. 

Nazir general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, 15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkili məqsədilə nazirliyin əlaqədar struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat