FHN Mingəçevir və Yevlaxda daşqınlarla mübarizəyə qoşulub

post-img

FHN mətbuat xidmətinin məlumatına görə, intensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə ötən gündən başlayaraq nazirliyin qüvvələri tərəfindən suçəkmə, köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. 

Nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilmiş tədbirlər sayəsində göstərilən istiqamətlərdə bir çox yerlərdə suyun çəkilərək kənarlaşdırılmasına nail olunub. Hazırda bəzi ünvanlarda işlər davam etdirilir.

Həmçinin, güclü yağıntılar səbəbindən Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski nəzərə alınaraq hazırda nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

P.ƏMİRCANOV
XQ





Sosial həyat