“Dənizçilərə Sosial Dəstək” (DSD) İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsi çərçivəsində “Xəzərin qorunmasi üçün təşəbbüslər” layihəsinin qalibi olub.
Üç ay müddətində gerçəkləşəcək lahiyənin rəhbəri "DSD" İB-nin sədri, peşəkar dənizçi, gəmi kapitan, şair Faiq Balabəylidir. Əsas məqsədi dünyada baş verən ekoloji terrorun, dənizin və dəniz ətrafının çirklənməsinin, insan sağlamlığına, təbitə vurduğu ziyanların qarşısını almaq üçün maarifləndirmə işi aparmaq və nümunə olacaq işlərə start verməkdir. Layihə Xəzərin və dənizətrafı yerlərin çirklənməsinin, Xəzərdə üzən gəmilərin, qazma qurğularının, buruqların və digər sahələrin tullantılarının qarşısını almaqla dənizin fauna və florasının, sualtı və suüstü sərvətlərinin qorunmasına yardımçı olmaq məramına xidmət edir.
Məlumdur ki, 1972-ci ildə Beynəxalq Dəniz Təşkilatı (BDT) tərəfindən dəniz və okeanların, digər su hövzələrinə dair müvafiq qərar və konvensiyası var. Azərbaycan BDT-nın üzvü olan ölkələr sırasındadır və tövsiyə olunan qabaqlayıcı tədbirlər haqqında konvensiyalar Azərbaycan gəmiçiliyində də tətbiq edilir. Lakin əldə olunan əyani vəsait və maarifləndirmə tədbirləri üçün yazılı məlumatlar dilimizdə çox azdır. "DSD" İB-nin komanda heyəti layihə çərçivəsində bu vəsaitləri dilimizə çevirəcək, kitab halında dərc edəcək, “Roll-up” mobil stendi vasitəsilə reklamını quracaq, əsasən dənizçiləri və dəniz sahəsində çalışan insanları maarifləndirməyi gerçəkləşdirəcək.
Layihənin icrasına cəlb olunan şəxslər öhdəlik götürdüyü sahə üzrə kifayət qədər təcrübəyə malikdir, buna görə də inam böyükdür ki, tərəfdaşlarla münasibət qurulması və nəzərdə tutulan işlərin, müqavilə ilə göstəriləcək xidmətlər kifayət qədər peşəkarlıqla gerçəkləşəcək. "Xəzərin qorunmasi üçün təşəbbüslər" layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
XQ
Xəzər – misilsiz sərvətimiz
- Sosial həyat
- 09:40 13.06.2024
- Oxunma sayı: 707
Açar sözlər:
Paylaş:
“Dəcəl keçi” Qubaya gedib
09:41 13.06.2024Sosial həyat
İsveçdə azərbaycanlı tələbə və məzunların V yığıncağı keçirilib
01:05 07.12.2025Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında təmsil olunub
23:13 06.12.2025Naxçıvanda ağacəkmə aksiyası keçirilib
17:30 06.12.2025Zamanın coğrafiyası
02:57 06.12.20251 ailənin 2 kursantı
02:55 06.12.2025Göygöldə Rumıniya şənliyi
02:54 06.12.2025Daşbulaq – daşı da, bulağı da sevinən kənd
02:53 06.12.2025Qədim türk yurdu – Sibir və Tümen xanlıqları
02:37 06.12.2025Paytaxtın yeraltı ünvanlarının “çətin” qapıları
02:35 06.12.2025-
- 01:05 07.12.2025
-
- 00:35 07.12.2025
-
- 00:18 07.12.2025
-
- 23:52 06.12.2025
-
- 23:41 06.12.2025
-
- 23:27 06.12.2025
-
- 23:19 06.12.2025
-
- 23:13 06.12.2025
-
- 22:16 06.12.2025
-
- 20:41 06.12.2025
-
- 17:30 06.12.2025
-
- 16:16 06.12.2025
-
- 16:13 06.12.2025
-
- 16:10 06.12.2025
-
- 16:04 06.12.2025
-
- 15:16 06.12.2025
-
- 11:28 06.12.2025
-
- 10:31 06.12.2025
-
- 02:59 06.12.2025
-
- 02:59 06.12.2025
-
- 02:58 06.12.2025
-
- 02:58 06.12.2025
-
- 02:57 06.12.2025
-
- 02:56 06.12.2025
-
- 02:55 06.12.2025
-
- 02:55 06.12.2025
-
- 02:54 06.12.2025
-
- 02:53 06.12.2025
-
- 02:52 06.12.2025
-
- 02:51 06.12.2025
-
- 02:50 06.12.2025
-
- 02:37 06.12.2025
-
- 02:35 06.12.2025
-
- 02:33 06.12.2025
-
- 02:33 06.12.2025
-
- 02:32 06.12.2025
-
- 02:31 06.12.2025
-
- 02:30 06.12.2025
-
- 02:28 06.12.2025
-
- 02:27 06.12.2025

