Latviyanın Baş prokuroru Azərbaycanda

post-img

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviya Respublikasının Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Qonaqları səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. 
Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunluğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Tərəflər ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb. 
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, eləcə də yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.

XQ

Sosial həyat