Qanunsuz saxlanılan odlu silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin məlumatına görə, iyunun 10-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 qumbara, 5 tüfəng, 1 patron darağı və 90 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng və 86 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat