Ankarada “Xəzər”in rəqs dərsləri

post-img

Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın zəngin mədəniyyətinin mühüm sahəsi olan rəqslərimizin təbliğinə xü­susi əhəmiyyət verir. 

Mərkəzin nəzdindəki “Xəzər” Xalq Rəqsləri Ansamblı və rəqs dərnəyinin uşaq və yeniyetmələri üçün tanınmış rəqqas, pedaqoq, Əməkdar artist Elnur Süleymanovun rəhbərliyi ilə milli rəqslərimizə dair ustad dərslərinə başlanılıb. 

Dərslərdə uşaqlara milli rəqslərimiz, düzgün duruş, icra, səhnə hərəkətləri, müxtəlif rəqs elementləri öyrədilir. Azərbaycan milli rəqs sənətinin quruluşları əsasən kütləvi olduğu üçün uşaqlarla komanda şəklində rəqslərimizi icra etmək, eləcə də müxtəlif elementlərin tət­biqi üzrə gərgin məşğələlər aparılır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qəzetimizə bildirdi ki, layihəyə çox sayda azərbaycanlı, türk və digər millətlərin uşaq və yeniyetmələri qatılıblar və milli rəqsləri­mizə dair məşğələlərdə fəal iştirak edərək rəqs sənətimizin sirlə­rini öyrənirlər.

XQ

Sosial həyat