7 ildə 800 ulduz zülmətdə əriyib

post-img

2017-ci ildən bəri 800-dən çox ulduz səmadan qeyb olub. Üstəlik, bəziləri bir neçə saat ərzində – müşahidələr arasındakı fasilələr zamanı itib. 

Elm adamları uzun müd­dətdir ki, ulduzların enerji şüalandırmadan birbaşa qara dəliklərə çevrilə biləcəyini ehtimal edirdilər, lakin bunun üçün heç bir inandırıcı dəlil yox idi. Buna qara dəlik və mavi nəhənglə bağlı ikili sis­temin araşdırılması aydınlıq gətirib.

Kopenhagen Universite­tinin astrofizikləri Böyük Ma­gellan Buludunda VFTS 243 sistemini diqqətlə tədqiq edib­lər. O, Yerdən 160 min işıq ili uzaqlıqda yerləşir. Sistemdə kütləsi təxminən 10 Günəş ağırlığında olan qara dəlik və 25 günəş kütləsi olan mavi nəhəng var. 

Müşahidələr və hesablamalar göstə­rib ki, qara dəlik başqa bir böyük ulduzun ömrünü başa vurduqdan sonra defor­masiyasından yaranır. Bir çox cəhətdən o, işığı əks etdirmir. Beləliklə, tədqiqat müəllifləri qeyd ediblər ki, ulduzun qara dəliyə çevrilməsindən sonra sistemin or­biti, demək olar ki, dəyişməz qalıb.

Onlar iddia edirlər ki, VFTS 243-dəki qara dəlik, çox güman ki, dərhal əmələ gəlib. Proses neytrinolar şəklində ener­jinin buraxılması ilə müşayiət olunub. Bununla 7 il ərzində VFTS 243-ün son müşahidələri astronomlara digər ulduz sistemlərində oxşar hallar haqqında yeni faktlar verib.

PÜNHAN
XQ

Dünya