Aranda yağmursuz, dağlarda yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 15-20°, gündüz 28-33° isti olacaq. 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 45-55, gündüz 60-70 faiz olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ay­rı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34°, bəzi yerlərdə 36°, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya