Gəncədə “Açıq qapı günü”

post-img

Prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq mayın 30-da Gəncə Şəhər Prokurorluğunun inzibati binasında “Açıq qapı günü” keçirilib. Aksiyada media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər. 

“Açıq qapı”nın keçirilməsində məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadə­də olan kriminalistik texnika, ha­belə prokurorluğun tarixi keçmişi ilə ictimaiyyəti tanış etmək olub. Qonaqlara prokurorluq orqanların­da aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möh­kəmləndirilməsi istiqamətində həya­ta keçirilən ardıcıl tədbirlər barədə danışılıb, Azərbaycan Respublikasının Baş Prokuror­luğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirak­çılara məlumat verilib. 

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Gəncə şəhər prokuroru Azad Qarayev qo­naqları salamlayaraq, şəhər prokurorluğu­nun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokuror­luq orqanlarının ictimaiyyətlə əlaqələr sahəsi üzrə fəaliyyətinə toxunub, regional media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərəli əməkdaşlığın əhəmiyyətindən bəhs edib. 

Tədbir zamanı şəhər prokurorluğunun təcrübəli əməkdaşları qurumun fəaliyyəti barədə açıqlama veriblər.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə də tanış olublar. Onlara “Elektron prokurorluq” informasiya sistemi əyani ola­raq nümayiş etdirilib. 

Kriminalistik avtomobil və avadanlıqlar­la tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifa­dənin əhəmiyyəti izah olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqan­larının fəaliyyəti ilə bağlı onları maraqlandı­ran suallar cavablandırılıb.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, 

Gəncə şəhəri

Sosial həyat