Türkmən ədəbiyyatı klassikinə ehtiram

post-img

Dünən AMEA-nın Ədəbiyyat İnstitutunda türk­mən ədəbiyyatının görkəmli klassik şairi Məhtimqulu Fəraqi­nin anadan olmasının 300 illiyi münasibətilə “Böyük türkmən şa­iri Məhtimqulu Fə­raqi və Azərbaycan” mövzusunda bey­nəlxalq elmi konfrans keçirilib.

AMEA-nın prezi­denti akademik İsa Həbibbəyli Azərbaycan və Türkmənistanın dərin köklərə, ortaq milli-mə­dəni və mənəvi dəyərlərə, zəngin ənənələrə mənsub dövlətlər olduğunu bildirib. O, Azər­baycanda Məhtimqulu Fəraqi Türkmən Ədə­biyyatı Mərkəzinin açılmasını və böyük türk­mən şairi Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd olunmasını Azərbaycan və Türkmənistan Elmlər akademiyalarının Türk dünyasına or­taq xidməti kimi səciyyələndirib.

Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov çıxış edərək xalqlarımız arasında dostluq və qar­daşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycanda, xüsusilə də Nizami Gən­cəvi adına Ədəbiyyat İnstitutunda Məh­timqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən işləri yüksək qiy­mətləndirən professor Allaberdi Aşırov qar­daş ölkədə şairin xatirəsinin sonsuz ehtiramla anıldığını bildirib.

Sonda görkəmli klassikin həyat və yara­dıcılığı ilə bağlı məruzələr dinlənilib. 

Daha sonra konfrans iştirakçıları AMEA-nın Əsas binasının önündəki Elmlər Akade­miyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) çərçivə­sində keçirilən Türkmənistan günündə iştirak ediblər. 

XQ

Son xəbərlər