Azadlığa çıxan əcnəbi məhkumlar danışdılar

post-img

"Azərbaycan Prezidentinə təşəkkür edirəm".

Bunu əfv sərəncamının şamil olunduğu Türkiyə vətəndaşı Mehmed Sağır deyib.

O bildirib ki, cəzasının 21 ayını həbsdə keçirib:

"Mənə üç il cəza vermişdilər. Özüm TIR sürücüsüyəm. Moskvaya gedərkən sərhəddə tutuldum. Ölkə başçısına təşəkkür edirəm ki, məni də əfv edərək ailəmə qovuşdurdu".

Sərhədi qanunsuz keçdiyinə görə həbs edilən əfqanıstanlı məhkum Mohammad Ayaz Raja isə deyib ki, iki il iki ay həbs cəzasının səkkiz ayını əfv ediblər:

"Cəzamın bir il dörd ayını cəzaçəkmə müəssisəsində keçirdim. Qalan səkkiz ayı əfv edildi. Buna görə təşəkkür edirəm".

Ayşən AZADOVA

XQ

Sosial həyat