Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Əfv olunanlar arasında Gülüş Fətəliyeva da var. Gülüş Fətəliyeva Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
"Cinayət 120.1-ci maddəsi ilə məhkum olunmuşdum. 9 il cəza almışdım, 6 ildir cəza çəkirdim. Prezident İlham Əliyevin Əfv Sərəncamı ilə üç ildən azad olundum. Mənim üçün gözlənilməz oldu. Azadlığa çıxacağımı eşidəndə keçirdiyim hissləri ifadə edə bilmirəm",-deyə azadlığa çıxan G.Fətəliyeva bildirib.
"Humanist yanaşmaya görə, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Üç balama və ailəmə qovuşdum. Övladlarımı 6 aydır görmürdüm. Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır", - deyə G.Fətəliyeva bildirib.
Ayşən AZADOVA
XQ