50 ildən sonra doğma məktəbdə

post-img

Bu günlərdə Gəncə şəhərində Mirzə Abbas Abbaszadə adı­na 20 nömrəli tam orta məktəbin 1974-cü il məzunları “Son zəng”dən 50 il sonra ilk dəfə doğma məktəbdə görüşüblər. 

23 məzun bir araya gələrək 50 il əvvəlki sinif otaqlarında, parta arxasında əyləşərək məktəb illəri ilə bağlı xatirələrini bölüşüb.

Səmimi keçən və duyğulu anların yaşandığı görüş zamanı mə­zunlar Dövlət himnini oxuyub, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, habelə dünyasını dəyişən müəllim və sinif yol­daşlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Doğma məktəbə görüşə gələnlər arasında xarici ölkələrdə və Azərbaycanın müxtəlif şəhərlərində yaşayan məzunlar da var. Mə­safələrin uzaqlığına baxmayaraq, ürəklərdəki yaxınlıq və doğmalıq onları Moskva, Mahaçqala, Ədirnə, Bakı və digər şəhərlərdən Gən­cəyə gətirib.

Məzunlar sonra süfrə arxasında kövrək və unudulmaz xatirələrini bölüşüblər.

XQ

Sosial həyat