Mayenin az qəbulu dəri problemlərindən tutmuş baş ağrılarına qədər bir çox narahatlıqlara səbəb olur. Xüsusilə, yaz və yay fəsillərində orqanizmin maye ehtiyacını ödəmək üçün içməli sudan başqa alternativ – kalorisi az, tərkibində su miqdarı isə çox olan meyvə və tərəvəzlər var.
Xiyarın 95, kahının isə 96 faizi sudur. Xiyar aşağı kalorilidir və az miqdarda K vitamini, kalium və maqnezium toplayır. Kahının tərkibində yüksək miqdarda K və A vitamini var.
Boranının 95 faizi sudan ibarətdir və C vitamini ilə zəngindir.
Qarpızda 92 faizi su, A və C vitaminləri, maqnezium və likopen, eləcə də güclü antioksidantlar var.
Çiyələkdə su miqdarı 91 faiz, lif, antioksidant, C vitamini, folat və manqan boldur.
Qovunun 90 faizi sudan ibarərdir. Çoxlu lif ehtiva edir. Tərkibində A vitamini var.
Nektarin və armudun 88 faizi sudur. Armud kaliumla, nektarin isə A vitamini, kalium, beta-karotin və fosforla zəngindir.
Sitrus meyvələrinin 88 faizi sudur. Lif, kalium, antioksidant və C vitamini boldur. Portağal, mandarin, qreypfrutu mövsümündə yemək lazımdır. Limon və laym kimi sitrus meyvələrini isə yaz və yay aylarında da istifadə etmək olar.
Z.HÜSEYNLİ
XQ