Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasi BDU-da

post-img

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Bakı Dövlət Universitetində 2 günlük tibbi aksiya keçirir.

Aksiyanın məqsədi universitetin tələbə və müəllim heyətinə tibbi xidmət göstərmək, görmə patologiyasının erkən diaqnostikasını aşkarlamaq, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  2005-ci ildən paytaxtda və bölgələrdə  təmənnasız oftalmoloji səyyar aksiyalar keçirir. Mobil Oftalmoloji Klinikanın keçirdiyi səyyar aksiyalar respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrinin müayinədən keçməsinə, refraksiya anomaliyalarının aşkarlanmasına və mümkün olan ağırlaşmaların qarşısını almağa kömək edir.  Klinikada təcrübəli və xaricdə ixtisaslaşma keçmiş həkim-oftalmoloqlar göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Qeyd edək ki, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

BDU-da təşkil olunmuş aksiya mayın 17-də də gün ərzində davam edəcək.

XQ

 





Sosial həyat