Samuxda ərik festivalı olacaq

post-img

Bu ilin iyun ayında  Samux rayonunda ilk dəfə olaraq ərik festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.

Ərik  qurudulmuşu, yağı və hətta toxumu ilə şəfa verir. Tərkibində çoxlu A, B, C, E, K və P vitaminləri var. Ərik həm də fosfor, kalsium, kalium və dəmir baxımından çox zəngindir.Diabetdən xərçəngə, artıq çəkidən iltihaba qədər bir çox xəstəliklə mübarizə aparır.

Samux rayonu tarixən ərik yetişdirilməsi ilə məşğul olub və Gəncə bazarlarını, həmçinin Bakı şəhərini bu məhsullarla təchiz edib.

Respublikada ilk dəfə keçiriləcək bu tədbir icra hakimiyyətinin başçısı Firdovsi Əliyevin təşəbbüsü ilə irəli sürülüb və rayon sakinləri də onu müdafiə ediblər.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Samux rayonu.

Sosial həyat