Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

post-img

Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü əlaqədar Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu tərəfindən X.Dosmuxammedov adına Atırau Dövlət Universitetində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ölkəmizin Aktaudakı baş konsulluğunun rəhbəri Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı danışıb.

Baş konsul çıxışında dahi Liderin dost qazax xalqına olan rəğbətindən, Qazaxıstanın dövlət başçıları ilə sıx dostluq münasibətlərindən bəhs edib. O, eyni zamanda, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ikitərəfli, çoxtərəfli əlaqələrin dinamik şəkildə genişləndiyini vurğulayıb.

Universitetin rektoru Salamat İdrisov Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən, onun zəngin irsinin təbliği istiqamətində müəllim-tələbə heyəti ilə görülən işlərdən bəhs edib. Ulu Öndərin irsinin təbliği istiqamətində tədbirlərin miqyasının genişləndirilməsinin vacibliyini vurğulayan rektor bu istiqamətdə birgə işin aparılmasında maraqlı olduqlarını ifadə edib.

Tədbirin sonunda Ümumilli Lider Heydər Əliyevin irsinin təbliğində fəal iştirak edən və universiteti fərqlənmə ilə bitirən beş tələbəyə baş konsulluq adından təşəkkürnamələr və mükafatlar verilib.

Sosial həyat