Barselonadakı Pumpeu Fabra Universitetinin alimləri aşkar ediblər ki, beyin və əzələ bioritmlərinin bərpası və sinxronlaşdırılması siçanlarda fiziki qocalmanın və zəifliyin qarşısını ala bilər. Tədqiqatçıların nəticələri "Science" jurnalında dərc olunub.
Tədqiqatçılar bildiriblər ki, heyvanlarda və insanlarda molekulyar saat deyilən bir şəbəkə bədən sağlamlığını və normal fizioloji fəaliyyəti qorumaq üçün vacibdir. Onun əsas komponentləri beyin və əzələlərdir.
Laboratoriya siçanları üzərində aparılan təcrübələr göstərib ki, əzələ və beyin bioritmlərinin sinxronizasiyası xüsusi Bmal1 geni ilə tənzimlənir. Genomda Bmal1 olmadıqda gəmiricilər vaxtından əvvəl qocalmağa, əzələ kütləsi isə tükənməyə meyl göstərir.
Bu patologiyanın mənfi nəticələrini aradan qaldırmaq məqsədilə alimlər gəmiricilərin beyin və skelet əzələ toxumasında (birlikdə və ayrıca) Bmal1 istehsalını süni şəkildə artırıblar. Nəticələr göstərib ki, beyin və əzələ toxumalarında Bmal1 ifadəsinin eyni vaxtda artması orqanizmin düzgün fəaliyyətinin bərpasına töhfə verib və qocalmanı ləngidib.
Alimlərin fikrincə, gecələr qida qəbulunu məhdudlaşdırmaqla vaxtından əvvəl qocalmanın və kövrəkliyin qarşısını almaq olar.
S.ELAY
XQ