Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı və Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 66-sı şəhid ailəsi üzvü, 466-sı müharibə veteranı olan (o cümlədən 74-ü müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş) vətəndaşlardır.

İlkin mərhələdə onlar üçün biznes təlimlər təşkil olunur. Təlim başa çatandan sonra aparılan qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə avadanlıqlar verilməklə kiçik təsərrüfatları yaradılır.

Sosial həyat