NATO delimitasiyaya dair razılaşmanı alqışlayır

post-img

NATO Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına dair razılaşmaları alqışlayır.

Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

“Biz sərhədlərin delimitasiyası üçün əsas sənəd kimi 1991-ci il Almatı Bəyannaməsi üzrə Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq. Hər iki tərəfin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfəri zamanı qeyd etdiyi kimi, NATO normallaşma səylərini dəstəkləyir”, o sosial mediada yazıb.

Bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 Azərbaycan kəndini geri qaytarmağa razılaşdığını bildirmişdi.

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasındakı sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci iclası keçirilib.

P.ƏMİRCANOV
XQ

Siyasət