Aprelin 19-da Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan silahlar da təhvil götürülüb. Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Aprelin 19-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng təhvil götürülüb.
P.ƏMİRCANOV
XQ