Bədəndə güc və enerjini bərpa etmək üçün müəyyən qidaları mütləq qəbul etmək lazımdır. Belə qidalara ispanaq, avokado və çia toxumları daxildir. Bu fikri Rusiyanın pəhriz həkimləri jurnalistlərə açıqlamalarında deyiblər.
Bildiriblər ki, ispanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxlu dəmir və zülal var, buna görə də uzun qış aylarından sonra bədən zəifləmişsə, mütəxəssislər ona xüsusi diqqət yetirməyi məsləhət görürlər.
Həmçinin güc çatışmazlığı olan insanın qida rasionuna avokado daxil edilməlidir. O özündə enerji və sağlamlığı dəstəkləmək üçün kalium, vitaminlər, minerallar və lifləri ehtiva edir.
Orqanizmin enerji səviyyəsini artırmağın başqa bir yolu çia toxumu yeməkdir. Onlar da uzun müddət toxluq hissini təmin etdiyindən arıqlamaq istəyənlər üçün ideal məhsul hesab edilir.
Mütəxəssislər, həmçinin gücü və enerjini bərpa etmək üçün səhərlər acqarına bir stəkan limonlu su içməyi və tərkibində ən azı 70 faiz kakao olan yüksək keyfiyyətli tünd şokolad qəbul etməyi məsləhət görürlər. Bu delikatesin tərkibində maddələr mübadiləsini canlandıran və stimullaşdıran teobromin və kofein var.
Z.HÜSEYNLİ
XQ