Aranda yağmursuz və dumanlı, dağlarda yağış

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 19-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacaq. 

Əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50  faiz  olacaq.  Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV 
XQ 

 

Ekologiya