Qırğızlar “TikTok”a girə bilmirlər

post-img

Qırğızıstanda Çinin "TikTok" sosial media platformasına giriş məhdudlaşdırılıb. Qərar artıq dünəndən qüvvəyə minib.

Məlumata görə, Qırğızıstanda istifadəçilər “Google”, “Opera” və “Safari” kimi brauzerlər vasitəsilə sosial media platforması “TikTok” tətbiqinə daxil ola bilmirlər. 

Xəbərdə, həmçinin deyilir ki, qərar şəbəkənin uşaqların əxlaqi tərbiyəsinə mənfi təsiri ilə əlaqələndirilib.

XQ

 

Dünya