Şəmkirdəki Abidələr parkı yenidən qurulub

post-img

Son vaxtlar Şəmkirdə park və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yaşıllıq massivləri artırılır, adamların istirahətinin mənalı təşkili üçün bütün zəruri tədbirlər görülür.

Bu günlərdə rayon mərkəzində daha bir istirahət guşəsi - Abidələr parkı yenidən təmir olunaraq istifadəyə verilmişdir.

Burada ölkə ərazisindəki tarixi binaların miniatürləri yeniləri ilə əvəz olunub. Azərbaycan xəritəsi formasında hazırlanan parkda Xəzər dənizini təcəssüm etdirən, fəvvarələrlə bəzədilmiş hovuzda əsaslı təmir işləri aparılıb.

Abidələr Parkında sakinlərin rahat və xoş istirahəti üçün elektrik sisteminin yenilənməsi, sıradan çıxmış lampaların yeni, müasir standartlara uyğun lampalarla əvəzlənməsi, yeni tullantı qutularının qoyulması, oturacaqların yenilənməsi və digər işlər də icra olunub.

Rayon icra hakimiyyətindən bildirdilər ki, sakinlərin asudə vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin olunması, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi məqsədilə aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.

 

          Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri, 

Şəmkir























Sosial həyat