Yardımlı sakininin evi qəzalı vəziyyətə düşüb

post-img

Fövqəladə Hallar Nazirliyinə Yardımlı rayonu, Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub. Xəbəri nazirliyin mətbuat xidməti verib. 

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün ailə üzvlərinin sayı nəzərə alınaraq müvəqqəti yaşayış məqsədilə 2 ədəd çadır ev qurularaq vətəndaşa təhvil verilib.

P.ƏMİRCANOV
XQ



Sosial həyat