Goranboyun Tatarlı kəndində möhtəşəm Novruz bayramı

post-img

 Ümumrayon tədbirləri çərçivəsində adıçəkilən kənddə ilaxır-torpaq çərşənbəsi bayram tədbiri keçirlib. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı  tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və sülh,əmin-amanlıq arzulayıb. Tədbirdə rayonun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim olunub, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirilib, bayram tonqalı yandırılıb.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Goranboy rayonu





















Sosial həyat