Novruz bayramı ilə əlaqədar Samuxda qanvermə aksiyası

post-img

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Samuxda Novruz bayramı ilə əlaqədar icra hakimiyyətinin və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon gəncləri iştirak edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. 

Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Samuxdan 100-dək sakin qoşulub.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Samux

 





Sosial həyat