Samux rayonunda möhtəşəm Novruz bayramı

post-img

Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib. Şənlik Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə rayon sakinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev şənlik iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və sonra bayramın rəmzi Novruz tonqalını alovlandırıb. 

Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Rayon rəhbəri ayrı-ayrı kollektivlərin hazırladıqları guşələrə yaxınlaşaraq bayram münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış olub və buraya gələnləri bayram münasibəti ilə bir daha təbrik edib. 

Şənlik rayon uşaq musiqi məktəblərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Samux rayonu

















Sosial həyat