Goranboyda ağacəkmə aksiyası

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri və qazilər, rayonun xidmət sahələrinin bir qrup əməkdaşları və ictimai fəallar iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, son vaxtlar rayonda yaşıllıqların qorunmasına və artırılmasına xüsusi diqqət yetirilir. Bununla bağl rayonda kompleks tədbirlər planı işlənib hazırlanıb. Ayrı-ayrı təşkilatların hesabatları dinlənilərkən bununla bağlı həyata keçirilən tədbirlər sadalanır, eləcə də  problemlər öyrənilir və həlli vacib olam məsələlər yerindəcə həll olunur.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Goranboy rayonu











Sosial həyat