Stoltenberq Gürcüstana gəlib

post-img

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfər edib. Bu barədə Gürcüstan mətbuatına istinadən “Anadolu” məlumat yayıb.

Şimali Atlantika Alyansının rəhbərini hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze qarşılayıblar.

Stoltenberqin bu gün Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşü planlaşdırılır. Danışıqların sonunda tərəflər mətbuata açıqlamalar verəcəklər.

NATO-nun baş katibi ölkə prezidenti Salome Zurabişvili ilə də görüş keçirəcək.

Martın 17-19-da NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdədir.

P.ƏMİRCANOV
XQ

Dünya