3200 manatlıq rabitə kabeli oğurlayanlar saxlanıldı

post-img

Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən V.Fidayev, R.İsmayılov və Ş.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat