Suraxanıda narkotacirlərin tutulması üçün əməliyyat keçirilib

post-img

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı RPİ əməkdaşları tərəfindən həyata keçirilən başqa bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan əlavə, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər  “Kalaşninov” avtomatı, 15  patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat