Muxtar Babayev Rusiyanın ölkəmizdəki səfiri ilə ətraf mühitin mühafizəsi və COP29-a hazırlıq məsələlərini müzakirə edib

post-img

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Sosial həyat