Vəkil: Kamil Zeynallı azadlığa buraxılıb

post-img

AZƏRTAC xəbər verir ki, bu barədə onun vəkili Ələkbər Qarayev məlumat verib.

O bildirib ki, Ermənistan Kamil Zeynallını ağır maddələrlə axtarışa vermişdi. “Buna baxmayaraq, Rusiya dövləti humanistlik nümayiş etdirib. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq”, - deyə o bildirib.

Vəkil göstərilən dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sosial həyat