Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildiriblər ki, fevralın 12-dən 18-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 33, tank əleyhinə 46 mina və 525 partlamamış hərbi sursat aşkarlanıb.
Bildirilib ki, 886,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.