Şəmkir, Bərdə və Astarada yanğın baş verib

post-img

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin 12 fevral səhər saatlarına olan məlumatına görə, Şəmkir şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli bir otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bərdə rayonunun Həsənqaya kəndində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Astara rayonunun Siyətük kəndində isə ümumi sahəsi 50 m² olan tövlədə yanğın baş verib. Yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın söndürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat