UNİCEF himninin müəllifi Bakıda

post-img

Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın (Steve Barakatt) “Neoreallıq” dünya turu çərçivəsində konserti keçirilib. Repertuar iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib.

1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstə­kar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir. Stiv Barakatt musiqiçi olmaq­la yanaşı, həm də BMT-nin Uşaq Fondu – UNI­CEF-in xoşməramlı səfiridir. Musiqiçi UNICEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmos­da da səsləndirilib. Himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı kon­sertində həmin mahnını da ifa edib.

Konsert zamanı tamaşaçılarla fikirlərini bö­lüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa et­məkdən məmnunluğunu bildirib.

XQ

Mədəniyyət