Tənhalıq beyni çeynəyir

post-img

Alimlər tənhalıqla beyinin boz maddəsinin kiçilməsi arasında əlaqəni tapıblar. Araşdırmalarla bu fərqin, xüsusilə, kişilərdə olduğu müəyyən edilib. Beyinin boz maddəsi əsasən neyronal hüceyrələr, dentritlər və aksonlardan ibarətdir. Bu maddə ətrafdan alınan informasiyanın qəbulu və interpretasiyasına cavabdehdir.

Bu tədqiqatda 9 min kişi və qadının beyni barədə məlumatlar təhlil edilib. Onlara beyinin MRT müayinəsi olunub. Alınan nəticələrə əsasən, depressiyadan əziyyət çəkən insanlar 2 qrupa bölünüb. Qruplar arasında tənhalıq 2 əsas sual əsasında müəyyən edilib: “Özünüzü tez-tez tənha hiss edirsinizmi?” və “Doğmalardan kiməsə etibar edirsinizmi?”

Nəticələr göstərib ki, depressiyada olan kişilərdə boz kütlənin həcmi daha az olub.

Əldə olunan məlumatlar göstərib ki, tənhalıq, güvənsizlik kişilərin beyninə daha neqativ təsir göstərir. Onların sosiallaşması xüsusilə vacibdir. Sosial münasibətlər orta yaşlı kişilərin depressiyaya düşməsinin qarşısını alır.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat